Ermənistan parlamenti ölkənin Avrasiya İttifaqından çıxması haqqında qanun layihəsinə baxacaq

Ermənistan parlamenti ölkənin Avrasiya İttifaqından çıxması haqqında qanun layihəsinə baxacaq
3 Oktyabr 2017
Mətni dəyiş

Ermənistan parlamenti ölkənin Avrasiya İqtisadi İttifaqından çıxması haqqında qanun layihəsinə oktyabrın 3-də keçirilən iclasında baxacaq. 

Ermənistan KİV-nin yaydığı xəbərə görə, bunu parlamentin sədri Ara Babloyan bildirib.

“Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası sənədə baxaraq mənfi rəy bildirsə də, həmin qanun layihəsinə bu gün növbədənkənar qaydada baxılacaq”, - o vurğulayıb.

Müxalifət Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxması haqqında parlamentə qanun layihəsi təqdim edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun