Dünya birjalarında neftin qiyməti qalxıb

Dünya birjalarında neftin qiyməti qalxıb.

Abzas.net xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,20 dollar və ya 0,39% artaraq 52,08 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,35 dollar və ya 0,60% artaraq 58,23 dollar olub.