Dövlət sirri təşkil edən məlumatlar qorunacaq

Dövlət sirri təşkil edən məlumatlar qorunacaq
20 Oktyabr 2017
Mətni dəyiş

"Poçt haqqında" qanunda dəyişikliklərlə bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

"Ölkə.Az" xəbər verir ki, dəyişikliyə əsasən, qanuna xüsusi poçt rabitəsi ilə bağlı yeni maddə əlavə edilib.

Layihəyə əsasən, xüsusi təyinatlı poçt rabitəsinin əhatə dairəsi dəqiqləşdirilib, habelə xüsusi təyinatlı poçt rabitəsinin bir növü olan xüsusi poçt rabitəsi xidmətinin vəzifələri, fəaliyyət sahəsi, bu xidmətin göstərilməsi ilə bağlı olan digər məsələlər tənzimlənir.

Sənəddə deyilir ki, xüsusi poçt rabitəsi xidməti "Dövlət sirri haqqında" qanunla qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir.

Xüsusi poçt rabitəsi xidmətinin göstərilməsi qaydalarını, habelə xüsusi yüklərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Xüsusi poçt rabitəsi xidmətinin tənzimlənməsi bu xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, dövlət sirri təşkil edən məlumatların və qiymətli əşyaların olduğu poçt göndərişlərinin daha etibarlı daşınmasını və ünvan sahiblərinə çatdırılmasını təmin edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun