D18 Hərəkatı: "Hakimiyyət insan haqlarını kobud şəkildə pozur"

D18 Hərəkatı: "Hakimiyyət insan haqlarını kobud şəkildə pozur"
24 Oktyabr 2017
Mətni dəyiş

"Azərbaycanda siyasi məhbuslar problemi ölkə rəhbərliyinin insan haqlarına sayğısız münasibəti üzündən həll olunmamış qalır".

Abzas.net xəbər verir ki, bu fikirlər 'D18 Hərəkatı'nın siyasi məhbuslar Bayram Məmmədov, Qiyas İbrahimov və İlkin Rüstəmzadə barədə yaydığı bəyanat yer alıb.

Hərəkatın yaydığı sənəddə deyilir ki, Azərbaycanda 150 nəfərdən çox siyasi məhbus var. Hakimiyyət artıq həbs etməklə kifayətlənmir, həbs edilənlərin vəkillərinə zorakılıq tətbiq edir. Məhbusun ailəsi və vəkili ilə görüşməsinə mane olur.

"Məhbuslara həbsxanalarda işgəncələr verilir. Son günlər həbsxana rəhbərliyi tərəfindən siyasi məhbuslar Bayram Məmmədovun, Qiyas İbrahimovun və İlkin Rüstəmzadənin işgəncəyə məruz qalması, hətta ölümlə hədələnmələri haqda məlumatlar alırıq".

'Məhbuslara həbsxanalarda işgəncələr verilir'

Bəyanatda bildirilir ki, hakimiyyət siyasi məhbuslara təzyiq etməklə, işgəncəyə məruz qoymaqla insan haqlarını kobud şəkildə pozur. Siyasi məhbusların sağlamlığında yarana biləcək hər hansı bir təhlükəyə görə hakimiyyət bir başa məsuliyyət daşıyır.

"D18 Hərəkatı yerli və beynəlxalq ictimaiyyəti siyasi məhbuslar problemini diqqətdə saxlamağa, onlara qarşı edilən işgəncələrə səssiz qalmamağa çağırır".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun