"Cəbhət-ən-Nüsra"nın komandanlığı məhv edilib, qruplaşmanın başçısı ağır yaralanıb

"Cəbhət-ən-Nüsra"nın komandanlığı məhv edilib, qruplaşmanın başçısı ağır yaralanıb
4 Oktyabr 2017
Mətni dəyiş

Rusiya Hava Kosmik Qüvvələrinin xüsusi əməliyyatı nəticəsində Suriyada "Cəbhət-ən-Nüsra" beynəlxalq terror qruplaşmasının komandanlığı məhv edilib

Abzas.net xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, qruplaşmanın başçısı Əbu Məhəmməd əl-Culyani əllərini itirib və ağır vəziyyətdədir.

İ. Konaşenkov əlavə edib ki, Rusiya aviasiyası "Cəbhət-ən-Nüsra"nın 12 səhra komandirini məhv edib. Öldürülənlər arasında əl-Culyaninin ən yaxın köməkçisi, qruplaşmanın təhlükəsizlik xidmətinin rəisi Əhməd əl-Qizai də var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun