Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bu gecə Bakının mərkəzində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Abzas.net xəbər verir ki, bu barədə “Azəravtoyol” ASC məlumat yayıb.

Məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan Bakının Heydər Əliyev və Babək prospektlərinin, eləcə də Yusif Səfərov küçəsinin kəsişməsindəki yol qovşağında üfüqi nişanlanma xətləri yenidən çəkiləcək.

Rənglənmə işləri səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.