Borclu abonentlərin elektrik enerjisi təchizatı dayandırılır - Xəbərdarlıq

Borclu abonentlərin elektrik enerjisi təchizatı dayandırılır - Xəbərdarlıq
26 Oktyabr 2017
Mətni dəyiş

“Azərişıq” ASC-nin fəaliyəti dövründə debütor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı 24 oktyabr 2017-ci il tarixindən etibarən müvafiq qanunvericliyə uyğun olaraq fərdi qaydada dayandırılır.

"Qafqazinfo" xəbər verir ki, elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin “Borc Ödənilmədən Şəbəkəyə Özbaşına Qoşulma”sı elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun  “Azərişıq” ASC tərəfindən ciddi tədbirlər görüləcək.

Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamamaları üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

Yaranmış borc ödənildikdən sonra istehlakçının elektrik enerjisi təchizatı yalnız “Azərişıq” ASC-nin əməkdaşı tərəfindən şəbəkəyə qoşula bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun