Bayram Məmmədova 10 il hökm oxuyan hakim vəzifəsindən uzaqlaşdırıldı

Prezident İlham Əliyev bir qrup şəxsin hakim və məhkəmə sədri təyin olunması barədə sərəncam imzalayıb.

Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bir neçə hakiminin də səlahiyyət müddəti bitib və onlar yenidən hakim təyin olunublar.

Amma məhkəmənin hakimlərindən biri Eynulla Vəliyevin səlahiyyət müddətinin uzadılacağı gözlənilsə də, bu baş verməyib və sərəncamda yer almayıb.

Eynulla Vəliyevdən məsələ ilə bağlı münasibət almaq cəhdlərimiz baş tutmadı. Keçmiş hakimin telefonları söndürülüb.

E.Vəliyev NİDA Vətəndaş Hərəkatının üzvü Bayram Məmmədova 10 hökm oxuması ilə də tanınır.