Bakıdan şirvana köçürülən iki məhbus qaçıb: cinayət işi başlanıb

Bakıdan şirvana köçürülən iki məhbus qaçıb: cinayət işi başlanıb
23 Oktyabr 2017
Mətni dəyiş

Bakıdan Şirvana etap olunan məhkumlardan ikisi qaçıb. Onlar 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E.Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

Məhkumlar Bakıdan qatarla Şirvana aparılırmış. Qatar Biləcəri stansiyasında dayananda onlar qaçmağa nail olublar.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət (PX) məhkumların qaçması haqqında məlumatı təsdiqləyib. Bildirilir ki, faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq idarəsi tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Hazırda qaçan məhkumların axtarışı davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun