Bakıda səfirliyin avtomobili qəzaya düşdü

Bakıda səfirliyin avtomobili qəzaya düşdü
4 Oktyabr 2017
Mətni dəyiş

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

Abzas.net xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində qeydə alınıb. Bakı şəhər sakini Lala Hüseynlinin idarə etdiyi “KİA” markalı avtomobil ABŞ-ın Bakıdakı səfirliyinə məxsus, Katerina Karridianın idarə etdiyi “Honda” markalı, 006 D 004 dövlət qeydiyyat nişanlı maşına çırpılıb.

Səfirliyə məxsus avtomobil zərbənin təsirində qabaqda hərəkətdə olan, Anar Nəbiyevin idarə etdiyi “Honda” markalı maşına dəyib.

 Qəza nəticəsində xəsarət alan olmayıb. Hər üç avtomobilə ziyan dəyib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun