Azərbaycan postsovet ölkələrinə nə qədər vəsait yatırıb?

Azərbaycan postsovet ölkələrinə nə qədər vəsait yatırıb?
10 Oktyabr 2017
Mətni dəyiş

Üç illik (2013-2015-ci illər) azalmanın ardından 2016-cı ildə MDB ölkələrinin və Gürcüstanın qarşılıqlı birbaşa xarici investisiyalarının həcmi 7,9% artaraq 45,1 mlrd. dollara çatıb.

Abzas.net xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının İnteqrasiya təhlilləri mərkəzinin hazırladığı hesabatda deyilir.

Hesabatda deyilir ki, Rusiya qonşu ölkələrdən iri həcmdə birbaşa investisiya cəlb edib: bu məbləğ 61,1% artaraq 6,1 mlrd. dollara çatıb ki, bu da 2010-2012-ci illərdən sonra ən yüksək göstəricidir.

Birbaşa xarici investisiyaların idxalı baxımından Rusiya postsovet ölkələri arasında yalnız Belarus və Qazaxıstana uduzur.

Rusiya, Belarus, Qazaxıstan, Azərbaycan şirkətlərinin daxil olduğu MDB-nin 10 ən iri investorunun payına birbaşa xarici investisiyaların 59%-i düşür.

MDB ölkələrinə və Gürcüstana birbaşa xarici investisiyaların ixracı baxımından Azərbaycan yalnız Rusiyaya uduzur. Belə ki, 2016-cı ildə Azərbaycan postsovet ölkələrinə 2,4 mlrd. dollardan çox birbaşa xarici investisiya yatırıb ki, bu da 2015-ci illə müqayisədə 19,4% çoxdur. "İqtisadi azalmaya baxmayaraq, Azərbaycan region ölkələrinə kapital qoymağa hazırdır. İlk növbədə Azərbaycan nəqliyyat layihələrinə yatırım edir. Bununla yanaşı, Azərbaycanın birbaşa xarici investisiya yatırımlarının coğrafiyası (Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Belarus) genişlənməkdədir", - sənəddə qeyd edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun