Amerikalıların 42%-i Trampı ölkə tarixinin ən pis prezidenti sayır

Amerikalıların 42%-i Trampı ölkə tarixinin ən pis prezidenti sayır
20 Oktyabr 2017
Mətni dəyiş

Amerikalıların 42 faizi ABŞ prezidenti Donald Trampın ölkə tarixində ən pis prezident kimi yadda qalacağını düşünür.

APA-nın məlumatına görə, "Marist Poll" şirkəti ölkə vətəndaşlarının prezidentə münasibətini öyrənmək üçün sorğu keçirib. Sorğuda iştirak edən amerikalıların 19 faizi Trampı orta səviyyəli prezident hesab edir. Yalnız 11 faiz respondent onun ortadan daha yüksək səviyyəli, 7 faiz respondent isə Amerika tarixində ən yaxşı prezident olduğunu düşünür.

Oktyabrın 15-17-də keçirilən sorğuda 1093 amerikalı iştirak edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun