Əfqan Muxtarlı məhkəməyə aparıldı

Əfqan Muxtarlı məhkəməyə aparıldı
4 Oktyabr 2017
Mətni dəyiş

“Bu gün Əfqan Muxtarlı ilə görüşmək üçün 1 saylı Bakı İstintaq Təcridxanasına getmişdim. Lakin görüş vermədilər. Dedilər ki, Əfqan Muxtarlı təcridxanadan məhkəməyə aparılıb”

Abzas.net xəbər verir ki, məlumatı araşdırmaçı-jurnalist  Əfqan Muxtarlınn vəkili Osman Kazımov verib.

Osman Kazımov xatırladıb ki, qanunla məhbus saxlandığı təcridxanadan harasa aparılırsa, bu haqda onun vəkillərinə məlumat verilməlidir.

Vəkil Elçin Sadıqovdan aldığımız məlumata görə, Əfqan Muxtarlı Nəsimi rayon məhkəməsinə aparılıb.

“Onun barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə vəsatətə baxılacaq. Prosesdə vəkil Zibeydə Sadıqova iştirak edəcək”, – Elçin Sadıqov bildirib.

Ə.Muxtarlı 2017-ci il mayın 29-da Tiflisdə yaşadığı evin yaxınlığında cinayət polisi geyimində olan şəxslər tərəfindən oğurlandığını və Laqodexi sərhəd keçid məntəqəsi yaxınlığında Azərbaycanın xüsusi xidmət orqanalarının əməkdaşlarına təhvil verildiyini iddia edir. Jurnalistin dediyinə görə, o Azərbaycan və Gürcüstan xüsusi xidmət və hüquq mühafizə orqanalarının birgə həyata keçirdiyi əməliyyat nəticəsində oğurlanaraq Azərbaycan hökumətinə təhvil verilirb.

Ə.Muxtarlı prezident İlham Əliyevin ailə üzvlərinin Gürcüstandakı biznesi haqqında sisilə araşdırmaların müəllifidir. Araşdırmalarda prezidentin ailə üzvlərinə məxsus şirkətlərin Gürcüstanda otel, turizm, yük daşımalarında, eləcə də Gürcüstanın bank sektorundakı payından bəhs olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun