Yeni qanun layhəsinin hazırlanması təklif olunub

Yeni qanun layhəsinin hazırlanması təklif olunub
14 Sentyabr 2017
Mətni dəyiş

“Milli Məclisin Səhiyyə Komitəsinin iclasında beyin ölümü məsələsi ilə əlaqədar Səhiyyə Nazirliyinin müvafiq qurumları, ən əsası ölkənin baş nevropotoloqu, baş beyin cərrahı və baş reanimatoloqunun iştirakı ilə dinləmələr keçirilməlidir”.

Abzas.net xəbər verir ki, bunu komitənin üzvü Rəşad Mahmudov deyib.

O bildirib ki, beyin ölümü diaqnozunun qoyulub-qoyulmaması ilə bağlı məsələyə cavab tapılmasa, insanlara - “Gedin orqanlarınızı verin” demək olmaz: “Dinləmələr nəticəsində bu məsələlərə cavab tapmaqla əlimizdəki imkanlarla həll edə bilərik. Ümumilikdə isə insan sağlamlığı üçün lazım olan toxumaların hər birinin transpalatasiyasına icazə verilməlidir”.

Komitənin sədr müavini, deputat Musa Quliyev isə qaraciyər köçürülən insanlara əməliyyatdan sonra pulsuz dərmanların verilməsini təklif edib: “Həmin xəstələrin əməliyyatdan sonra dərmanlara orta hesabla illik təxminən 1000 manat xərci çıxır. Əgər xəstələr əməliyyatdan sonra illərlə yaşayacaqsa, bu, çox böyük vəsaitdir. Bununla bağlı proqramın qəbul edilməsi yaxşı olardı”.

O, həmçinin, təcili yardımda çalışan tibb işçilərinin sosial və hüquqi müdaifəsinin aparılmasının vacibliyini qeyd edib. M.Quliyev deyib ki, son dövrlər təcili yardım işçilərinin döyülməsi və təhqir eidlməsi halları artıb: “Bunları həll etmək üçün hüquqi yollar varmı? Bəzi ölkələrin qanunvericiliyində təcili yardımda çalışanların hüquqi statusları polis işçilərinin hüququ statusuna bərabərdir. Gələcəkdə “Pasiyentlərin və tibb işçilərinin hüquqları haqqında" qanun layihəsi də işlənib hazırlanmalıdır. Eyni zamanda, “Ailə həkimi haqqında” qanun layihəsi uzun zamandır müzakirə edilir. Həmkarlarım təşəbbüs göstərərsə, işçi qrup yaradılaraq qanun qəbul edilməlidir. Çünki İcbari tibbi sığorta bütövlükdə tətbiq olunsa, bu məsələ mütləq tələb olunacaq”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun