Türkiyədə FETÖ ittihamı ilə 117 hərbçi saxlanılıb

Türkiyədə FETÖ ittihamı ilə 117 hərbçi saxlanılıb
29 Sentyabr 2017
Mətni dəyiş

Türkiyənin İzmir şəhərində Fətullah Gülən tərəfdarlarına (FETÖ) qarşı geniş miqyaslı əməliyyat keçirilib. 

Abzas.net xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İzmirdə olan  Terrora Qarşı Mübarizə Şöbəsinin əməkdaşları eyni vaxtda xeyli sayda ünvanda əməliyyat keçirib.

45 əyaləti əhatə edən əməliyyat nəticəsində 117 hərbçi saxlanılıb.

Saxlanılanlardan 98 nəfəri hal-hazırda hərbi xidmətdədir, 19 nəfəri isə istefaya göndərilib. Əksəriyyəti zabit və gizir olan bu hərbçilər 2016-cı il iyulun 15-də dövlət çevrilişinə cəhddə və FETÖ-yə üzv olmaqda və gizli proqramlar vasitəsilə onlarla əlaqə qurmaqda ittiham olunurlar.

Şübhəlilərin saxlanılması məqsədi ilə başladılan bu əməliyyat davam edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun