Tailandın keçmiş baş naziri Böyük Britaniyadan sığınacaq istəyib

Tailandın keçmiş baş naziri Böyük Britaniyadan sığınacaq istəyib
29 Sentyabr 2017
Mətni dəyiş

Tailandın keçmiş baş naziri Yinqlak Çinavat siyasi sığınacaq üçün Böyük Britaniyaya müraciət edib

TASS-ın verdiyi xəbərə görə, bu haqda sabiq baş nazirin əvvəl rəhbərlik etdiyi partiyadan məlumat verilib.

Tailand Ali Məhkəməsi sabiq baş nazir Yinqlak Çinavatı kənd təsərrüfatı istehsalçılarından düyünün girov alışı üzrə dövlət proqramının reallaşdırılması zamanı səhlənkarlıqda təqsirli bilərək, sentyabrın 27-də onun beş il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Hazırda onun Dubayda olduğu bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun