Şimali Koreya daha bir raket sınağını həyata keçirib

Şimali Koreya daha bir raket sınağını həyata keçirib
15 Sentyabr 2017
Mətni dəyiş

Şimali Koreya növbəti dəfə ballistik raket sınağını həyata keçirib.

Abzas.net xəbər verir ki, bu barədə Yaponiyanın "NHK" kanalı məlumat yayıb.

"5-ci gün səhər buraxılan raket, Yaponiyanın üzərindən keçərək Hokkaydo adasından 2000 metr aralıqda okeana düşüb", - deyə, Yaponiya rəhbərliyinin baş katibi Yoshihide Suga bildirib.

Suga, raketin vurduğu hər hansı bir ziyan barədə məlumat daxil olmadığını bildirib:

"İndiyədək bizə gəmi və təyyarələrə ziyan dəyməsi barədə heç bir məlumat daxil olmayıb. Eləcə də, raketin hər hansı hissəsinin bizim əraziyə düşdüyü barədə də məlumat yoxdu."

Şimali Koreyanın raket buraxılışına cavab olaraq, Cənubi Koreya da özünün "Hyonmu-2" ballistik raketini Yapon dənizi istiqamətində buraxıb.

 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun