Şahmar Mövsümov EBRD-nin prezidenti ilə görüşüb

Şahmar Mövsümov EBRD-nin prezidenti ilə görüşüb
8 Sentyabr 2017
Mətni dəyiş

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Abzas.net xəbər veirir ki, görüşdə bir bir çox məsələlər müzakirə edilib.

Görüşdə "Cənub Qaz Dəhlizi" layihəsi, ARDNF-nin də sərmayə yatırdığı EBRD-nin idarə etdiyi Səhm İştirak Fondu, Azərbaycanda hasilat sənayesində şəffaflığın təmin edilməsi və hesabatlılıq istiqamətində görülən işlər barədə müzakirələr aparılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun