Sabirabadda sərnişin mikroavtobusu qəzaya uğrayıb: 2 nəfər ölüb, 10 nəfər yaralanıb

Sabirabadda sərnişin mikroavtobusu qəzaya uğrayıb: 2 nəfər ölüb, 10 nəfər yaralanıb
11 Sentyabr 2017
Mətni dəyiş

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə rayonun Muğan prospektində baş verib.

1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev idarə etdiyi sərnişin mikroavtobusu ilə hərəkətdə olan zaman idarə etməni itirib və mikroavtobusu aşırıb.

Sərnişin mikroavtobusunun qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Qəzaya düşən mikroavtobusda sürücü ilə birlikdə 12 nəfərin olduğu bildirlir.

Ölən və yaralananların siyahısı:

Ölənlər:

1946-cı il təvəllüdlü Teymur Zərbəliyev;

1993-cü il təvəllüdlü Gülzar Abbasova.

Yaralılar:

1949-cu il təvəllüdlü Xələf Əsgəralı oğlu Məstəliyev;

1974- cü il təvəllüdlü Bəylər Dədəkişi oğlu Quluzadə;

1991- cu il təvəllüdlü Kamran Rail oğlu Ələkbərov;

1992- ci il təvəllüdlü Amil Məmməd oğlu Əhmədov;

1968- ci il təvəllüdlü Şəhla Məmmədağa qızı Abbasova;

1957- ci il təvəllüdlü Böyükkişi Böyükağa oğlu Ağayev;

1963 - cü il təvəllüdlü Zeynəb Sadıq qızı Novruzova;

1988-ci il təvəllüdlü Şakir Həsən oğlu Hüseynov.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun