REAL Hərəkatının qurultayı oktyabrda olacaq

REAL Hərəkatının qurultayı oktyabrda olacaq
15 Sentyabr 2017
Mətni dəyiş

Respublikaçı Alternativ (REAL) Hərəkatı oktyabrın sonunda partiyalaşma ilə bağlı qurultay etməyə hazırlaşdıqlarını açıqlayıb.

Abzas.net xəbər verir ki, bu barədə hərəkatın icraçı katibi Natiq Cəfərli məlumat verib. O bildirib ki, qurultay dəqiq gününün təyin edilməməsi tədbirin keçiriləcəyi yerin müəyyənləşməməsi ilə bağlıdır:

“Qurultayın keçirilməsi ilə bağlı bir neçə yerə müraciət etmişik. Böyük zalı olan yer lazımdır, çünki yüzlərlə insan iştirak edəcək. Yerlə bağlı məsələ həll edildikdən sonra qurultayın dəqiq günü elan ediləcək”.

İlqar Məmmədov partiya sədrliyinə namizəd olacaq

Natiq Cəfərli bildirib ki, qurultayı Bakının Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında da keçirə bilərlər.

Onun sözlərinə görə, Respublikaçı Alternativ Hərəkatının partiya sədrliyinə namizədi hazırda həbsdə olan İlqar Məmmədov olacaq.

“Qurultay nümayəndələrindən kimsə öz şəxsi təşəbbüsü ilə sədrliyə namizəd olacaqsa, bu, normal qarşılanacaq. Hələlik İlqar Məmmədovdan başqa namizədimiz yoxdur. Özü də buna razılıq verib. Bütün addımlar İlqar Məmmədovla razılaşdırılıb”.

REAL-ın icra katibi deyib ki, qurultayda partiyanın orqanları müəyyənləşəcək, təşkilatın Məclisi və İdarə Heyəti seçiləcək, proqram sənədləri qəbul olunacaq, o cümlədən partiyanın Nizamnaməsi qəbul ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun