“Qarabağ” – “Roma” matçına ilk gündə 3 min bilet satıldı

“Qarabağ” – “Roma” matçına ilk gündə 3 min bilet satıldı
8 Sentyabr 2017
Mətni dəyiş

Ötən gün saat 17:00-dan etibarən “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk ev oyununda qarşılaşacağı İtaliya “Roma”sı ilə matçın biletləri satışa çıxarılıb. Abzas.net xəbər verir ki, ilk gündə təxminən 3000 bilet satılıb. Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdı.

“Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri: VIP – 50 AZN Kateqoriya 1 – 20 AZN Kateqoriya 2 – 10 AZN Kateqoriya 3 – 5 AZN Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası 28 Mall Gənclik Mall Park Bulvar (Qarabağ FK Fanshop) M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun