"Qarabağ" Norveç millisinin 10 nömrəsini heyətinə qatıb

"Qarabağ" Norveç millisinin 10 nömrəsini heyətinə qatıb
2 Sentyabr 2017
Mətni dəyiş

“Qarabağ” yay transfer pəncərəsinin son günündə üçüncü, ümumilikdə isə yeddinci transferini edib.

Abzas.net xəbər verir ki, Ağdam təmsilçisi Norveç millisinin üzvü Tarik Elyounossi-ni heyətinə qatıb.

Qarabağ yarımüdafiəçini Yunanıstanın "Olimpiakos" klubundan 1 illik icarələyib.

Peşəkar karyerası ərzində "Fredrikstad", "Herenven", "Lillestrem", "Rosenborg", "Hoffenhaym" kimi komandalarda çıxış edən 28 yaşlı xavbek, Norveç millisinin də daimi üzvlərindən biridir.

Elyounossi milli komandanın heyətində 43 oyuna çıxıb və 9 qol vurub.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun