Qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək

Qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək
27 Sentyabr 2017
Mətni dəyiş

 Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək

Abzas.net xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun