NATO-dan "Türkiyə" açıqlaması

NATO-dan "Türkiyə" açıqlaması
14 Sentyabr 2017
Mətni dəyiş

"Hansı hərbi avadanlıqlar alır, bu müttəfiqlərimizin özlərinə bağlıdır. Bu Türkiyənin də haqqıdır"

Abzas.net xəbər verir ki, bunu NATO-nun baş katibi Jens Stoltenberg deyib.

Türkiyənin Rusiyadan S-400 hərbi raketlərinin alınması ilə bağlı məsələyə münasibət bildirən baş katib deyib ki, bütün hallarda qərar Türkiyənindir.

"NATO üçün əsas olan bizim fərqli sistemlərimizin birlikdə çalışmasıdır. NATO hava hücümündan mündafiə sisteminin də müttəfiqlərimizin qarşısına qoyduğu belə bir tələb yoxdur. Ona görə, Türkiyənin harda, hansı hərbi müqaviləni imzalaması müzakirə mövzumuz deyil" - deyə Stoltenberg deyib.

Stoltenberg onu da əlavə edib ki, NATO-da təbii ki, hava hücumundan müdafiə sistemi var. Buna baxmayaraq, təbii ki, dövlətlərin inteqrasiya olmamış müstəqil sistemlərə sahib olmaq hüquqları var. Türkiyə də, ona görə NATO-ya belə bir inteqrasiya məqsədi ilə müraciət etməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun