Myanmada 400-ə yaxın insan ölüb, 300 minədək müsəlman qaçqın düşüb

Myanmada 400-ə yaxın insan ölüb, 300 minədək müsəlman qaçqın düşüb
9 Sentyabr 2017
Mətni dəyiş

Son iki həftə ərzində Myanmadan qonşu Banqladeşə 300 minədək “Rohinca” müsəlmanı qaçıb. Bu barədə BMT məlumat yayıb.

Bu il avqustun 25-dən çoxluq təşkil edən yerli buddalarla müsəlmanlar arasında toqquşmalar daha da şiddətlənib.

Azadlıq Radiosunun məlumatına görə, üsyançıların polis nəzarət-buraxılış məntəqəsinə hücumundan sonra Myanma hakimiyyəti “Rakhine” ştatında hərbi əməliyyata başlayıb.

Toqquşmalar nəticəsində dinc sakinlər də daxil olmaqla 400-dən çox adam ölüb, evlər yandırılıb.

Myanma hakimiyyəti BMT-nin hümanitar missiyasını üsyançıların tərəfini saxlamaqda günahlandırdığına görə, təşkilat bu ölkədə işini dayandırmalı olub.

Hakimiyyət Rohinca müsəlmanlarına vətəndaşlıq vermir.

Qaçqınlara Qırmızı Xaç Təşkilatı-nın əməkdaşları yardım edir.

Qaçqın düşərgəsi dolub, minlərlə insan aclıq içindədir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun