Mühərriki yanan təyyarə hava limanına təcili eniş edib

Mühərriki yanan təyyarə hava limanına təcili eniş edib
5 Sentyabr 2017
Mətni dəyiş

"Japan Airlines" aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra Tokionun Haneda hava limanında təcili eniş edib. 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən məlumat verilib.

İlkin məlumatlara görə, laynerin geri qayıtmasına səbəb havada quşla toqquşması olub. Zərbə nəticəsində mühərriklərdən birində yanğın baş verdiyi bildirilib. Aviaşirkət hadisənin araşdırıldığını bəyan edib.

Nyu-Yorka uçan təyyarədə 233 sərnişin olub və nəticədə heç kim xəsarət almayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun