Malayziyada məktəbdə yanğın baş verib: 24 nəfər ölüb

Malayziyada məktəbdə yanğın baş verib: 24 nəfər ölüb
14 Sentyabr 2017
Mətni dəyiş

Malayziyanın paytaxtı Kuala Lumpurda dini məktəbdə çıxan yanğında azı 24 tələbə və müəllim ölüb.

Hadisə sentyabrın 14-də səhər saatlarında Tahfiz Darul Quran Ittifaqiyah məktəbində baş verib.

Hesab edilir ki, yataqxananın pəncərələri dəmir çərçivəli olduğundan qurbanlar xilas ola bilməyib.

"Bu, ölkədə son 20 ildə yanğın olaylarında ən pis faciədir", Yanğın və xilas departamentinin rəhbəri Khirudin Drahman AFP-yə danışıb.

Polis bildirib ki, ölənlərin 22 nəfəri 13-17 yaşlarında tələbə, ikisi isə işçidir. Hadisə hər kəs yatan zaman baş verib.

Məktəbin yaxınlığında yaşayan bir qonşu Reuters xəbər agentlyinə deyib ki, o, qışqırıq səsləri eşidib və içəridə alov görüb:

"Uşaqlar kömək çağırırdılar, ancaq artıq alov qapını bürüdüyündən mən yardım edə bilmədim".

Polis yanğın qurbanlarının bədənlərinin "tamamilə yandığını" deyir.

Kuala Lumpurun polis rəisi Amar Singh deyib ki, xilas olmaq üçün yalnız bir çıxış olub, ona görə də məktəblilər və işçilər xilas ola bilməyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun