Mədət Quliyev: 'Son 5 ildə 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub'

Mədət Quliyev: 'Son 5 ildə 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub'
24 Sentyabr 2017
Mətni dəyiş

Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev İŞİD-ə qoşulan Azərbaycan vətəndaşları ilə bağlı açıqlama verib. 

Abzas.net xəbər verir ki, general-leytenantın sözlərinə görə, 5 il ərzində İŞİD-ə qoşulan azərbaycanlıların sayı 900-ə yaxın olub.

"Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanaraq İŞİD-ə qoşulub. Onlar yaxşı iş gördüklərinə inanıblar. Amma əslində bu, cinayət işidir".

DTX rəisi bildirib ki, onlardan 85-i hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və Penitensiar Xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub.

"İraqda Azərbaycan vətəndaşlarının kütləvi olduğu yerdə 300-ə yaxın azərbaycanlı məhv edilib".

M.Quliyev deyib ki, xidmətin əməkdaşları hazırda İraqdadır və məlumatın düzgünlüyünü araşdırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun