Luvr muzeyinin Əbu-Dabi filialı noyabrda açılacaq

Luvr muzeyinin Əbu-Dabi filialı noyabrın 11-də açılacaq.

“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Fransanın mədəniyyət naziri Fransuaz Nissen məlumat verib.

Açılış günündə “Bir Luvrdan digərinə: muzeyin hər kəs üçün açılması” adlı sərgi təqdim olunacaq. Sərgidə müəyyən hissəsi Fransadan, o cümlədən Luvrdan, Orse Muzeyindən və Pompidu Mərkəzindən gətirilmiş 700-ə yaxın sənət əsərini görmək olacaq.

Fransa prezidenti Emmanuel Makronun muzeyin açılış mərasiminə qatılacağı gözlənilir.

Paris və Əbu-Dabi arasında muzeyin filialını yaratmaq barədə saziş 2007-ci ildə imzalanıb, tikinti işlərinə 2009-cu ildə başlanılıb, lakin açılış bir neçə dəfə təxirə salınıb.