Kino Festivalında Azərbaycan filmi nümayiş etdiriləcək

Kino Festivalında Azərbaycan filmi nümayiş etdiriləcək
5 Sentyabr 2017
Mətni dəyiş

Bu gün 13-cü Kazan Beynəlxalq Müsəlman Kino Festivalı başlayır.

"Report" xəbər verir ki, festivalın ideyası sülhməramlılıq, dini tolerantlıq və dözümlülükdür.

Müsabiqənin şort-listinə 27 ölkədən (Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniya) 60 film daxildir.

Müsabiqə proqramı tam metrajlı və qısa metrajlı (bədii və sənədli) filmlərə bölünür.

Azərbaycan film festivalında "Səs" qısa metrajlı bədii filmini təqdim edəcək. Film İran Gənc Kinematoqrafçılar İttifaqı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi ilə çəkilib. Azərbaycan dilində olan filmin çəkilişləri İranda baş tutub. Rollarda Turan Malekara və Tağı Türkməni çəkilib.

Filmlərin təqdimatı dörd kinoteatrda və Kazandakı Kremldə nümayiş olunacaq.

Festivalda Rusiyadan azərbaycanlı rejissor Anar Abbasovun çəkdiyi "Amun" filmi nümayiş olunacaq.

Festivalın bağlanış mərasimi sentyabrın 11-də Kazan Opera və Balet Teatrında keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun