Jurnalist Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edildi

Jurnalist Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edildi
18 Sentyabr 2017
Mətni dəyiş

Jurnalist, AXCP üzvü Elçin İsmayıllı 9 il azadlıqdan məhrum edilib. Bu barədə vəkil Elçin Sadıqov məlumat verib. 

Abzas.net xəbər verir ki, işə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb. Jurnalistin vəkili bildirib ki, hökmdən apellyasiya şikayəti verəcək.

"Tamamilə qanunsuzdur. Elçin İsmayıllı heç bir cinayət törətməyib və bu məhkəmədə də sübut olunub. Mənim barəmdə qanunsuz və əsassız olaraq Vəkillər Kollegiyasına müraciət olundu. Müraciətin səbəbi hakimin müdafiə hüququnu kobud şəkildə pozması, məndən etdiyi qanunsuz tələbi (orderin tarixini dəyişməməyimdir) yerinə yetirməməyimdir” - deyə Sadıqov əlavə edib.

Elçin İsmayıllı bu il fevralın 17-də saxlanıb. Nəsimi Rayon Məhkəməsi fevralın 18-də onun haqqında 24 günlük həbs qətimkan tədbiri seçib.

Jurnalist barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun