İspaniya radiosu: "Çempionlar Liqasının finalı Bakıda keçiriləcək"

İspaniya radiosu: "Çempionlar Liqasının finalı Bakıda keçiriləcək"
19 Sentyabr 2017
Mətni dəyiş

2019 mövsümündə Çempionlar Liqasının (ÇL) final matçı Bakı Olimpiya Stadionu Bakıda (BOS) keçiriləcək 

Abzas.net xəbər verir ki, belə bir iddia ilə İspaniyanın “Onda Cero” radiosu çıxış edib.

Bildirilir ki, qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşünün təşkili üçün BOS-un yeganə rəqibi olan Madriddəki "Metropolitano" stadionunda VİP oturacaqlarının sayı kifayət qədər deyil. Arenada bu kateqoriyadan olan 7 min yer var. Klub rəhbərliyi vergiləri az ödəmək üçün bu cür addım atıb.

Artıq UEFA-nın finalın "Metropolitano"da keçirilməyəcəyinin səbəbləri barədə “Atletiko” klubunu da məlumatlandırdığı vurğulanır.

2018/2019 mövsümündə ÇL-in final matçının keçirilməsi ilə bağlı yekun qərar sentyabrın 21-də açıqlanacaq. Report

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun