İrma qasırğası Karib hövzəsini xarabalığa çevirdi

İrma qasırğası Karib hövzəsini xarabalığa çevirdi
7 Sentyabr 2017
Mətni dəyiş

İrma qasırğası Karib hövzəsində binaları xarabalıqlara çevirməklə və azı yeddi nəfərin ölümünə səbəb olmaqla genişmiqyaslı dağıntılara səbəb olub.

Barbuda adasının hazırda "yaşayışa az yararlı" olduğu deyilir. Rəsmilər Fransaya aid St Martin adasının tamamilə dağıldığını deyirlər.

Dəymiş zərərin miqyası fövqəladədir və ölüm sayının artacağı da deyilir.

Bu arada, başqa iki tufan da qasırğaya çevriləcək qədər gücləndirib.

Ən yüksək kateqoriya ilə qiymətləndirilmiş İrma Puerto-Rico-nun şimalından keçir.

Qasırğa, güclü leysan və külək yaratdığından adanın üç milyon əhalisinin yarıdan çoxu enerjisiz qalıb. Rəsmiləri bildiriblər ki, bir neçə gün işıq olmaya bilər.

Bu, Kariblərdə son on ilin ən güclü qasırğası hesab olunur.

Qasırğa ilk olaraq Antigua və Barbuda adalarını vurub. Barbuda-da bir uşaq ölüb, evlərin 95 faizi zərər görüb, baş nazir Gaston Browne deyib.

"Ada demək olar ki, suyun altındadır", o, 1600 nəfərin yaşadığı adanın üzərindən uçarkən bildirib.

80 min nəfərin yaşadığı Antigua-da isə ölüm-itim halı olmayıb, rəsmilər qeyd edirlər.

Məlumata görə, St Martin və Saint Barthélemy ərazilərində azı 6 nəfər ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun