İ.Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik təklif edib

İ.Əliyev “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik təklif edib
9 Sentyabr 2017
Mətni dəyiş

Azərbaycanda korrupsiya hüquqpozmaları ilə mübarizə subyektlərinin əhatə dairəsi genişləndirilir.

Abzas.net xəbər verir ki, bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində Azərbaycan Prezidenti tərəfindən təqdim olunmuş “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılır.

Layihəyə əsasən, yerli özünü idarəetmə orqanları, bu orqanların rəhbər və işçi şəxsləri, o cümlədən burada xüsusi səlahiyyət üzrə təşkilati sərəncam verici və inzibati təsərrüfat funksiyalarını həyata keçirən şəxslər də korrupsiya hüquqpozmalarının subyektləri hesab olunacaq.

Bununla korrupsiya ilə mübarizə bələdiyyə orqanlarını da əhatə edəcək. Layihə komitənin sentyabrın 12-də keçiriləcək iclasında müzakirə olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun