"Fenerbahce" "Tottenham"-in hüçümçusunu transfer edib

"Fenerbahce" "Tottenham"-in hüçümçusunu transfer edib
8 Sentyabr 2017
Mətni dəyiş

Türkiyənin “Fenerbahce” futbol klubu transfer sezonunun bitiminə bir gündən də az vaxt qaldığı zamanda növbəti transferini reallaşdırıb.

Abzas.net xəbər verir ki, İstanbul təmsilçisi "Tottenham" klubunun hollandiyalı hücumçusu Vincent Janssen-i icarəyə götürüb.

Hollandiya millisinin 23 yaşlı hücumçusu bu mövsümü icarə əsasında "Fenerbahce"-də keçirəcək.

Vincent Janssen ötən mövsüm 22 milyon avro qarşılığında Hollandiyanın "Alkmaar" klubundan "Tottenham"-a transfer olunub. Bu müddət ərzində hücumçu londonluların heyətində çıxdığı 27 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun