Ermənistandan işğal edilmiş Dağlıq Qarabağa daha bir yol çəkilib

Sentyabrın 1-də Ermənistanla Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsini birləşdirən ikinci yolun açılışı olub.

Məlumata görə, açılış mərasimində Ermənistan prezidenti Serzh Sarkisian da iştirak edib.

Mənbənin yazdığına görə 115 kilometrlik yolun tikintisinə 2011-ci ildən başlanıbmış və yol 36 milyon dollar başa gəlib.

Mənbə bildirir ki, bunun 56 faizini hökumət, qalanını isə “Ayastan” ümumerməni fondu 2013-2014-cü illərdə çanlı yayımlanan illik telemarafonla toplayıb.

Bu yol Ermənistanın Vardenis rayonu ilə hazırda erməni işğalında olan Azərbaycanın Kəlbəcər rayonunu və Dağlıq Qarabağın şimalını birləşdirir.

Ermənistanı Dağlıq Qarabağla birləşdirən ikinci yol da hazırda erməni işğalında olan Azərbaycanın Laçın rayonundan keçir.