ECB-nin bu il uçot dərəcəsini artırması gözlənilmir

ECB-nin bu il uçot dərəcəsini artırması gözlənilmir
7 Sentyabr 2017
Mətni dəyiş

Avropa Mərkəzi Bankının (ECB) uçot dərəcəsini 2019-cu ilin mart ayında artıra biləcəyi ilə bağlı ehtimallar artıb.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu gözlənti keçirilmiş sorğu əsasında formalaşıb.

İyul ayına qədər olan proqnozlar 2018-ci ilin dekabr ayında ECB-nin uçot dərəcəsini artıracağını göstərirdi. Lakin, avronun məzənnəsində son zamanlar müşahidə olunan artım və inflyasiya göstəricisinin ECB-nin hədəf 2% səviyyəsinə çata bilməməsi ekspertlərin pronozlarını dəyişməsinə səbəb olub. Bununla yanaşı maliyyə bazarları ECB-nin monetar ekspansiya proqramını 2018-ci ilin oktyabr ayının 1-nə qədər uzadacağını ehtimal edir. Qurumun faizləri monetar ekspansiya proqrami bitdikdən ən az 6 ay sonra artırmağa başlaması gözlənilir. Sözügedən proqramın 2017-ci ilin sonuna qədər davam edəcəyi planlaşdırılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun