Dövlət ittihamçısı iş istədi: Zülfüqar Mikayılzadəyə 18, Elman Ağayevə 15 il

Dövlət ittihamçısı iş istədi: Zülfüqar Mikayılzadəyə 18, Elman Ağayevə 15 il
18 Sentyabr 2017
Mətni dəyiş

Təqsirləndirilənlərə istənilən ümumi cəza 180 ildir

Abzas.net xəbər verir ki, sentyabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi-3" üzrə növbəti proses keçirilib. Hakim Zeynal Ağayevin sədrlik etdiyi məhkəmə iclasında dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyib. Təqsirləndirilənlər son sözlə çıxış etməkdən imtina ediblər

Prokuror iş istəməzdən əvvəl vəkillər sonuncu vəsatətləri ilə çıxış ediblər. Onlar məhkəmənin ədalətinə ümidvar olduqlarını bildiriblər. Məhkəmə isə heç bir vəsatəti qəbul etməyib. Təqsirləndirilənlər son sözlə çıxış etməkdən imtina ediblər.

Dövlət ittihamçısı ilahiyyatçı Zülfüqar Mikayılzadənin 18, Ruzi İsmayılov və Cabir Əliyevin 16, Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Ramil Seyfullayev və Mübariz İbrahimovun 15,  Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyadov və Elxan Həsənovun hər birinin isə 14 il azadlıqdan məhrum edilməsini istəyib. Bu iş üzrə ümumilikdə 70-dən çox adam həbs olunub

Bundan sonra vəkillər son çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyiblər. Növbəti məhkəmə prosesi sentyabrın 25-ə təyin olunub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun