Daha üç ölkənin vətəndaşlarının ABŞ-a girişi qadağan edilib

Daha üç ölkənin vətəndaşlarının ABŞ-a girişi qadağan edilib
25 Sentyabr 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp bir sıra ölkələrin vətəndaşlarına Birləşmiş Ştatlara daxil olmaq üzrə məhdudlaşdırıcı tədbirləri sərtləşdirib və siyahıya üç ölkəni əlavə edib. 

Məlumata görə, Venesuela, KXDR və Çad vətəndaşlarının ABŞ-a girişi qadağan edilib. Qərar oktyabrın 18-dən qüvvəyə minir.

"Qara siyahı"da həmçinin İran, Yəmən, Liviya, Suriya və Somali də var, Sudan isə "qara siyahı"dan çıxıb.

Məhdudiyyətlər bu ölkələrin ABŞ vətəndaşları ilə sübut olunmuş əlaqələri olan vətəndaşlarına qarşı da sərtləşdiriləcək və tətbiq ediləcək. Eyni zamanda, yeddi ölkənin vətəndaşlarının immiqrasiya və qeyri-immiqrasiya vizası ilə ABŞ-a girişi dondurulub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun