Çin BMT-nin sanksiyalarını dəstəkləyir: ölkədəki bütün Şimali Koreya şirkətləri bağlanacaq

Çin BMT-nin sanksiyalarını dəstəkləyir: ölkədəki bütün Şimali Koreya şirkətləri bağlanacaq
28 Sentyabr 2017
Mətni dəyiş

Çin hakimiyyəti ölkədəki bütün Şimali Koreya şirkətlərinin 4 ay ərzində bağlanmasına göstəriş verib.

Bu barədə sentyabrın 28-də "Reuters" agentliyi məlumat yayıb.

Şimali Koreya ilə xaricdəki birgə şirkətlərin fəaliyyəti də dayandırılacaq.

Çinin xarici ticarət nazirliyi bunun BMT-nin Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı olduğunu bəyan edib.

Çin hakimiyyəti ötən həftə Şimali Koreya ilə ticarət əlaqələrinin ixtisar edildiyini bəyan eləmişdi.

Qeyd edək ki, Çin Şimali Koreya rejiminin əsas ticarət tərəfdaşıdır.

Çin dekabrın ortalarında bu ölkədən tekstil idxalını da dayandıracaq.

Həmçinin Şimali Koreyaya qaz kondensatı və mayeləşdirilmiş təbii qaz ixracı da əhəmiyyətli dərəcədə azaldılacaq.

BMT-nin təhlükəsizlik şurası sentyabrın 12-də Şimali Koreyaya qarşı yeni ticarət sanksiyaları tətbiq edib.

Çin də bu sanksiyaları dəstəkləyib.

Sanksiyalara səbəb Şimali Koreyanın yeni nüvə və raket sınaqları keçirməsi olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun