BMT nümayəndəsi: "Azərbaycan 1918-ci ildə qadınlara səsvermə hüququ verib"

BMT nümayəndəsi: "Azərbaycan 1918-ci ildə qadınlara səsvermə hüququ verib"
22 Sentyabr 2017
Mətni dəyiş

"Azərbaycanda ilk dəfə 1918-ci ildə qadınlara səsvermə hüququ verilib"

Abzas.net xəbər verir ki, bu sözləri BMT-nin Bakıdakı rezident əlaqələndiricisi Qulam İshaqzai Milli Məclisdə Avronest PA-nın Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti üzrə komitəsinin iştirakı ilə keçirilən "Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə "Şərq Tərəfdaşlığı" ölkələri parlamentlərinin cəlb edilməsi" adlı konfransda çıxışı zamanı deyib.

Azərbaycanda milli qanunvericilikdə bütün növ bərabərlik təmin edilir

“Azərbaycan həmçinin “Ayrı-seçkilikləri aradan qaldırılması” Konvensiyasına qoşulub. Lakin daha çox işlər görülə bilər. Qadınlara qarşı zorakılığın aradan qaldırılması və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün böyük işlər görülməlidir. Qadınlar təhsilə çıxışda, iqtisadi qərarların verilməsində aktiv iştirak etməlidirlər” - deyə Qulam İshaqzai bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun