Azərbaycan Gürcüstandan şərab idxalını artırıb

Azərbaycan Gürcüstandan şərab idxalını artırıb
6 Sentyabr 2017
Mətni dəyiş

2017-ci ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 102 342 şüşə şərab idxal edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Şərab Agentliyinə istinadən verdiyi xəbərə görə, bu göstərici ötən ilin analoji göstəricisindən 170% çoxdur.

Hesabat dövründə Gürcüstan dünyanın 44 ölkəsinə 45,3 mln. şüşə şərab ixrac edib. Bu da ötən ilin eyni göstəricisindən 61% çoxdur. Gürcüstan ixrac olunmuş şərabdan 100,3 mln. dollar gəlir əldə edib.

Gürcü şərabının ən çox ixrac olunduğu ölkələr Rusiya (28 493 063 şüşə), Çin (5 098 091şüşə), Ukrayna (4 334 970) və Polşadır (1 622 872).

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun