Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub

Almaniya Türkiyəyə silah satışının böyük qismini dondurub
12 Sentyabr 2017
Mətni dəyiş

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel Türkiyəyə silah ixracatının böyük hissəsinin dondurulduğunu açıqlayıb.

Reuters yazır ki, nazir Gabriel "(Silah ixracatına dair) Türkiyənin bizə göndərdiyi bütün böyük tələbləri qarşılamağı, ki bunların sayı az deyil, dondurduq", deyib.

Reuters qərarın Türkiyədə pisləşməyə gedən insan hüquqlarının vəziyyəti və pozulan münasibətlər səbəbindən verildiyini yazıb.

Açıqlama, Almaniyanın iqtisadiyyat qəzeti Handelsblatt-ın bazar ertəsi günü keçirdiyi bir panel zamanı verilib.

Almaniyanın Xarici İşlər Nazirliyinin sözçüsü Martin Schaefer daha erkən saatlarda keçirdiyi bir mətbuat konfransında ötən həftə sonu Türkiyədə bir alman cütlüyün həbs edildiyini düşündüklərini söyləyib.

Hakimiyyətdə koalisiyanın ortağı olan Sosial Demokratların (SPD) keçmiş lideri olan Sigmar Gabriel, əgər bir NATO üzvü tələb edərsə, Berlinin silah göndərməkdə borclu olduğunu xatırladıb, amma hazırda bunun mümkün olmadığını deyib.

Gabriel, silah ixracının, beynəlxalq müqavilələrlə qəbul edilməsi və ya silah əvəzinə avtomobil tələb edilməsi kimi müstəsna hallarda mümkün olacağını deyib.

Ankara və Berlin arasındakı münasibətlər xüsusilə 2016-cı ildə 15 İyul dövlət çevrilişi cəhdindən sonra gərginləşib.

Türkiyə, Almaniyanı çevrilişdə şübhəlilərə qucaq açmaqla günahlandırır, Almaniya isə Türkiyədəki ikili vətəndaşlığı olanların sərbəst buraxılmasını istəyir.

Ən son, hər iki ölkə qarşılıqlı olaraq vətəndaşlarına səyahət xəbərdarlığı etmişdi.

Bundan sonra isə Almaniyanın Baş naziri Angela Merkel türk vətəndaşlarına Almaniyaya gəlməyə çağırıb.

Merkel, "Burada heç bir jurnalist həbs olunmur. Jurnalistlər saxlanılmır. Burada ifadə azadlığı və qanunların aliliyi var. Bununla fəxr edirəm" deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun