"Aİ-98 Super" markalı benzinin qiyməti qalxıb

"Aİ-98 Super" markalı benzinin qiyməti qalxıb
5 Sentyabr 2017
Mətni dəyiş

Azərbaycanda "Aİ-98 super" markalı benzinin qiyməti qalxıb.

Abzas.net xəbər verir ki, bu barədə "SOCAR Petroleum"-un mətbuat xidməti məlumat verib.

Bugünədək 1,20 manat olan "Aİ-98 super" markalı benzinin qiyməti qalxaraq 1,30 manat olub.

"Aİ-98 super" ancaq "SOCAR Petroleum"-un yanacaqdoldurma məntəqələrində satılır.

Şirkətdən verilən məlumata görə, qiymət bu gün səhər saatlarından etibarən qalxıb.

Qiymət artımına səbəb kimi benzinin alındığı Rumıniyada bu markanın bahalaşması göstərilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun