ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir

ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycanda səfərdədir
29 Sentyabr 2017
Mətni dəyiş

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya üzrə bürosunun Qafqazla əlaqələr və regional münaqişələr şöbəsinin yeni direktoru Alisiya Ellison Azərbaycana səfərə gəlib

Abzas.net ABŞ-ın Azərbaycandakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, onun səfəri tanışlıq məqsədi daşıyır.

O, Azərbaycan haqqında geniş məlumat əldə etmək üçün Bakıda bir sıra görüşlər keçirəcək.

A.Ellison daha əvvəl ABŞ Dövlət Departamentinin Xarici Xidmət İnstitutunda siyasi təlim  üzrə direktor vəzifəsində çalışıb, ABŞ-ın Rusiyadakı səfirliyinin siyasət şöbəsində xarici əlaqələr bölməsinin rəhbəri, Cənubi Kiprdəki səfirliyin siyasət şöbəsinin rəhbəri, Vaşinqtonda Dövlət Departamentinin İcra Katibliyində əməkdaş olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun