Vəzifədən çıxarılan nazirin həbs edildiyi bildirilir

Vəzifədən çıxarılan nazirin həbs edildiyi bildirilir
14 Avqust 2017
Mətni dəyiş

Naxçıvanın keçmiş daxili işlər naziri Әhmәd Әhmәdovun avqustun 13-də hәbs olunduğu vә Kәngәrli rayonundakı Böyükdüz tәcridxanasına göndәrildiyi deyilir.

Abzas.net xəbər verir ki, bu barədə hazırda mühacirətdə yaşayan əslən Naxçıvandan olan jurnalist YafəƏkrəmoğlu məlumat yayıb.

Jurnalistin sözlərinə görə, bundan əvvəl ev dustaqlığında olan keçmiş nazir Bakıya qaçıb. Lakin avqustun 12-də Naxçıvan DSX әmәkdaşları onu tutub Naxçıvana, evinә qaytarıblar. Avqustun 13-ü sәhәr isә o hәbs olunub.

“Böyükdüz tәcridxanasında o çoxlarına şәxsәn işgәncə vermişdi. Bundan öncә hәbs olunan Naxçıvan keçmiş MTN şefi Vәli Әsgәrovun tәcrübәsinә baxsaq, Әhmәd Əhmədovu da ağır işgәncәlәr vә tәhqirlәr gözlәyir. Vasif Talıbova xәyanәtinә görә, hәbsxana әmәkdaşlarının dәstәyi ilә Vәli Әsgәrovu “şustryak” ediblәr. Deyilәnә görә Әhmәd Əhmədov da Vasifә xәyanәt edib vә onu da eyni aqibәt gözlәyir".

Yafəz Əkrəmoğlunun dediyinə görə, istәr Vәli Әsgәrov, istәr Әhmәd Әhmәdov elә Vasif Talıbovun göstәrişi ilә xalqa divan tuturdular.

"Tәәssüf ki, onların hәbsi bu özbaşınalıqlara görә yox, hakimiyyәtdaxili intriqalara görәdir. Bütün hallarda qoy cәzaların alsınlar. Әminәm ki, xalq bir gün bütün qudurğanları cәzalandıracaq". 

Xatırlatma

Əhməd Əhmədov 2000-ci il iyunun 16-da Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri təyin edilib.

Prezident İlham Əliyevin 20 may 2004-cü ildə daxili xidmət general-mayoru, 30 iyun 2006-ci ildə isə polis general-leytenantı ali xüsusi rütbəsi verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun 2017-ci il 28 iyulda Əhməd Əhmədovu Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edib.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun