Türkiyədə "darbe" işi ilə bağlı 500 nəfərin məhkəməsi başlayır

Türkiyədə "darbe" işi ilə bağlı 500 nəfərin məhkəməsi başlayır
1 Avqust 2017
Mətni dəyiş

Türkiyədə ötən il baş vermis çevriliş cəhdilə bağlı məhkəmə prosesində 500 müttəhimin işinə baxılıması başlayır.

Onlar dövlət cevriliş cəhdi hazırlamaqda ittiham olunur.

Məhkəmə prosesinin mərkəzində Akıncı hərbi hava bazası durur.

Hökümətin iddiasına görə, dövlət çevrilişi cəhdinin iştirakçıları bu hava bazasından qərargah kimi istifadə ediblər.

Müttəhimlər Ankara yaxınlığında məhkəmə prosesinin keçirilməsi üçün qurulmuş binaya gətiriləcək.

Onlara qarşı prezidenti məhv etməkdən tutmuş qətl törədilməsinədək ittihamlar irəli sürülüb.

Çevriliş cəhdində bulunan hərbçilər 2016-cı il iyulun 15-də Türkiyədə hakimiyyəti ələ keçirməyə cəhd göstəriblər.

Çevriliş cəhdi zamanı 249 adam həlak olub.

Hazırkı məhkəmə dinləmələri dövlət çevrilişi ilə bağlı indiyədək keçirilən ən iri məhkəmə prosesidir.

İddia edildiyinə görə, ötən il hərbçilər prezident Recep Tayyip Erdoğanı devirməyə cəhd göstərərkən, Ankarının şimal-qərbində yerləşən Akıncı hava bazasından parlamenti bombalamağa əmrlər verilibmiş.

Cevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyədə minlərlə adam həbs olunub.

Həbs edilənlərin çoxunun ABŞ-da yaşayan mühacir dini xadim Fethullah Gülen ilə əlaqəsi olduğu iddia olunur.

Çevriliş cəhdinin hazırlanmasında əsas müqəssir şəxs sayılan Fethullah Gülenin işinə məhkəmədə qiyabi baxılır.

Fethullah Gülenin, ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Tənqidçilər deyirlər ki, president Erdoğan indiki fürsətdən istifadə edərək siyasi rəqiblərini boğmağa çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun