Türkiyə ordusuna yeni komandanlar təyin olunub

Türkiyə ordusuna yeni komandanlar təyin olunub
2 Avqust 2017
Mətni dəyiş

Türkiyə Silahlı Qüvvələrinin quru, dəniz və havaqüvvələrinin komandanları dəyişdirilib.

“Hürriyet”-in məlumatına görə, bu gün Ankarada Ali Hərbi Şuranın toplantısı keçirilib. Toplantıda qoşun növlərinin komandalarının dəyişdirilməsi məsələsinə baxılıb. Generallar - Yaşar Gülər Quru Qüvvələri komandanı, Hasan Küçükyıldız Hava Qüvvələri komandanı, admiral Adnan Özbal isə Dəniz Qüvvələri komandanı təyin olunub.

Qaydalara uyğun olaraq, Yaşar Gülər hazırkı Baş Qərargah rəisi Hulusi Akar təqaüdə çıxdıqdan sonra onun yerini tutacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun