"Turan" agentliyi fəaliyyətini dayandırır

"Turan" agentliyi fəaliyyətini dayandırır
25 Avqust 2017
Mətni dəyiş

"Turan" informasiya agentliyinin əməkdaşları bəyanat yayıblar.

Abzas.net xəbər verir ki, bu barədə agentliyin saytında məlumat verilib.

Bəyanatda, agentliyin fəaliyyətini dayandıracağı bildirilib.

"Turan agentliyinin direktoru Mehman Əliyevin saxlanması və ona qarşı vergidən yayınma ittihamı üzrə cinayət işinin açılması ilə əlaqədar agentliyin bank hesabları dondurulub.

Belə şəraitdə agentliyin normal fəaliyyət göstərməsi çox çətindir.

Yaranmış vəziyyəti nəzərə alaraq, Turan-ın kollektivi sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandıracaq.

Çalışacağıq ki, yaxın vaxtlarda öz şəxsi vəsaitimiz və entuziazm hesabına saytın işini davam etdirək. Xəbərlərin buraxılışında məhdudiyyətlər olacaq. Bunun nə qədər davam edəcəyini zaman göstərəcək.

Belə çətin anlarda Mehman Əliyevə və bizə dəstək olan hər kəsə təşəkkür edirik", - deyə bəyanatda bildirilir.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun