Trump ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanının istefasını tələb edib

Trump ABŞ-ın Əfqanıstandakı qoşunlarının komandanının istefasını tələb edib
3 Avqust 2017
Mətni dəyiş

ABŞ prezidenti Donald Trump Amerikanın Əfqanıstandakı qoşunlarının komandanının vəzifədən uzaqlaşdırılmasını tələb edir.

Abzas.net xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "NBC" telekanalı məlemat yayıb.

Trump, generallar ilə gərgin görüş zamanı ABŞ-ın Əfqanıstanda müharibəni uduzmaqda olduğunu bildirib və bu ölkədə ABŞ qoşunlarına komandanlıq edən John Nicholson-u istefaya göndərməyi tələb edib.

"NBC"-in məlumatına görə, Trump, ABŞ-ın Əfqanıstanda vəziyyətinə dair yeni plan hazırlamağı tapşırdığı məsləhətçiləri ilə bağlı xəyaq qırıqlığı yaşayır. 19 iyulda görüş zamanı Trump dəfələrlə müdafiə naziri James Mattis və qərargah rəisi Joseph Dunford-a Nicholson-un dəyişdirilməsini təklif edib. Səbəb kimi isə onun müharibəni udmadığını göstərib.

"Biz müharibədə qazanmırıq, məğlub oluruq", - deyə, Trump görüşdə şikayət edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun